Millinin baş məşqçisi ilə Ronaldo arasındakı münaqişə həll edilib
Ronaldo UEFA Millətlər Liqasının ikinci turunda Norveç yığması ilə keçirilən oyunda (2:1) Portuqaliya millisinin start heyətində yer almayıb. Üstəlik, hücumçu matçın tamamını ehtiyat oyunçular oturacağında keçirib. Bundan sonra Ronaldo emosional reaksiya verərək, milli komandanın məşqini boykot edib.
“Observador” xəbər verir ki, Jezus Ronaldo ilə söhbət edib və tərəflər yaranmış bütün məsələləri həll ediblər. Futbolçu və baş məşqçi qarşıdakı oyunlara köklənmək qərarına gəliblər. Bununla belə, baş məşqçi Ronaldoya start heyətində yer alacağına zəmanət verməyib.
Portuqaliya millisi oktyabrın 1-də səfərdə Danimarka yığması ilə qarşılaşacaq. Oyunun start fiti saat 22:45-də səslənəcək. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:40



























