mobil versiya

Ronaldonun yatdığı çarpayı hərraca çıxarılacaq



Sloveniya otellərindən biri Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun yatdığı çarpayını xeyriyyə hərracına çıxarmaq qərarına gəlib.
“Daily Mail” xəbər verir ki, otelin nümayəndəsi portuqaliyalı futbolçunun yatdığı çarpayının xeyriyyə məqsədiylə hərraca çıxarılacağını təsdiqləyib.
Ronaldo martın 26-da yoldaşlıq oyunu keçirən Portuqaliya millisi ilə Sloveniyanın paytaxtı Lyublyanada olub. Komanda “Grand Plaza” otelində qalıb. Çarpayının başlanğıc qiymətinin 5 min avrodan bir qədər çox olacağı bildirilir.
Sloveniya millisi portuqaliyalılara 2:0 hesabı ilə qalib gəlib. 39 yaşlı Ronaldo ilk dəqiqələrdən meydana daxil olaraq, bütün matçı oynayıb.

KARUSEL / İDMAN
Tarix: 3-04-2024, 14:28