mobil versiya

Portuqaliya-Çexiya matçında dəhşətli anlar - Ronaldo qanlar içində yerə yıxıldı (VİDEO)



Portuqaliyanın Çexiya ilə qarşılaşdığı matçda tamaşaçıları qorxuya salan anlar yaşanıb.
Musavat.com xəbər verir ki, milyonların sevimlisi olan məşhur futbolçu Ronaldo havada rəqibin qapıçısı ilə toqquşarkən burnundan zərbə alıb və qanlar içində yerə yıxılıb.
Matçın 13-cü dəqiqəsində Ronaldo qapıçı Tomas Vaçliklə toqquşub və yerə yıxılıb. Ronaldonun burnu qanamış, üzü qan içində yerdə olması azerkeşləri qorxudub. 37 yaşlı futbolçu üçün matç bir müddət dayanıb. Həkim qruplarının müdaxiləsindən sonra Ronaldo oyuna qayıdıb.



İDMAN
Tarix: 25-09-2022, 14:00



Şərh bildir
yenilə, əgər kod görünmürsə