mobil versiya

Nurmaqomedov Ronaldoya məsləhət verdi



UFC-nin yüngül çəkidə mütləq çempionu, rusiyalı döyüşçü Həbib Nurmaqomedov "Yuventus"un portuqaliyalı hücumçusu Kriştiano Ronaldoya məsləhət verib.

BAKU.WS "Sport-Express"ə istinadən xəbər verir ki, rusiyalı döyüşçü hər bir idman növündə ən vacib olanın vaxtında başa vurmaq olduğunu deyib.

"Ona və özümə məsləhətim, vaxtında tərk etməkdir. Ondan fiziki hazırlıq mövzusunda məsləhət istəməmişəm, özümü yaxşı hiss edirəm",-deyə rusiyalı döyüşçü bildirib.

Qeyd edək ki, Nurmaqomedov və Ronaldo uzun müddədir dostluq edirlər. Rusiyalı döyüşçü "Real"ın çoxdankı fanatıdır, hansıki Ronaldo 2009-2018-ci illərdə klubun şərəfini qoruyub.

MARAQLI / KARUSEL / DÜNYA
Tarix: 13-12-2019, 11:30