mobil versiya

Ronaldo reportaj zamanı göz yaşlarına boğuldu- VİDEO


İngilis jurnalist Piers Morgan portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo ilə unudulmaz bir reportaj həyata keçirib.


Ronaldo hələ 20 yaşında olarkən itirdiyi atasından, anasından və həyatında baş verən digər hadisələrdən danışıb. Ronaldonun atası Jose Dinis Averio köhnə bir müharibə qazisi olan bağban idi. Spirtli içki problemi səbəbilə 52 yaşında həyatını itirib.


Atasını itirdikdə kariyerasının başlanğıcında olan Ronaldo "Atamı heç vaxt tam olaraq tanıya bilmədim. Daima sərxoş olurdu. Aramızda normal ünsiyyət olmurdu. Dünyasını tez dəyişdiyindən hazırda zirvədə olduğumu, qazandığım uğurları görə bilmədi." sözlərini deyərkən göz yaşlarını saxlaya bilməyib.


Adının hallandığı təcavüz hadisəsi ilə bağlı " bir gün sevgilimlə birlikdə oturarkən bir xəbər qarşımıza çıxdı. Mənin haqqımdakı xəbərlə bağlı danışırdılar. Uşaqların otağa gəldiyini eşitdikdə kanalı dəyişdirdim. Çünki bu çox utancverici idi" açıqlamasını edib.


Sevgilisi Georgina ilə bir gün evlənməyi düşündüyünü açıqlayan futbolçu "O, uşaqlarımın anasıdır və həmişə yanımdadır. Anam da evlənməyimi istəyir. Bir gün mütləq evlənəcəyik" deyib.




(Xezerxeber.az)



---
Tarix: 17-09-2019, 22:07