mobil versiya

Futbol dünyasının yeni ulduzu - 16 yaşlı fenomen Ansu Fati kimdir? - FOTOLAR



"Barselona" futbol klubunun öz meydanında "Real Betis"lə oynadığı matçda “Barselona”nın yeni ulduzu Ansu Fati futbol tarixinə düşüb.

Belə ki, Fati “Barselona” forması ilə meydançaya çıxan ən gənc futbolçu ismini alıb. Bu ünvan daha öncə Vinset Martinezə məxsus olub. Eyni zamanda Fati Barselona tarixinin qol vuran ən gənc futbolçusu kimi də ismini tarixə yazdırıb.

Musavat.com xarici mətbuata əsasən xəbər verir ki, İspaniya çempionatında 3-cü yarışına çıxan 16 yaşlı Ansu Fati sərgilədiyi performansla dünya futbolunun yeni ulduzu olacağının ilk siqnallarını verib.

“Barselona”da cəmi 3 oyuna çıxan Fati öz dəyərini dodaq uçuqladacaq rəqəmə çatdırıb.



Bəs son günlərdə dünya idman mediasının əsas gündəminə çevrilən Ansu Fati kimdir?

Əsl adı Ansumane olan Fati 2002-ci il, 31 oktyabrda Qvineya Bisauda dünyaya gəlib. 6 yaşında olarkən ailəsi ilə birgə Portuqaliyaya köç edib.

Qardaşı kimi kiçik yaşlarından fitri futbol qabiliyyəti sayəsində "Sevilya" komandasının uşaq qrupuna götürülüb.



Burada keçirdiyi iki ilin ardınca “Real Madrid” və “Barselona” ona transfer təklif ediblər. Fati və ailəsi daha çox pul təklif etdiyi üçün “Barselona”nı seçib.



Fatinin atası Bori Fati də gənc yaşlarında futbolçu olub. Portuqaliyaya köçdükdən sonra həvəskarların oynadığı bəzi klublarda iştirak edib. Çox imkansız olan Bori Fati bir gün bölgənin bələdiyyə sədri ilə tanış olur və onun sayəsində sürücü kimi işə düzəlir. Bundan sonra Fatinin ailəsinin həyatı müsbətə doğru dəyişməyə başlayır.

Ardınca ailə Herreraya köçür və məhz burada Fati futbol kariyerasının ilk uğurlu addımlarını atmış olur.

2019-cu ilin 24 iyulunda kataloniyalılarla ilk müqaviləsini imzalayan Fatinin dəyəri 25 milyon avro məbləğində müəyyənləşir.
"Barselona"da oynadığı 3 oyundan sonra mütəxəssilər onun ulduzunun daha çox parlayacağını düşünürlər.
Fatinin sərgilədiyi performans İspaniya Futbol Federasiyasının da diqqətini çəkib.



Belə ki, İspaniya mətbuatı barselonalı ulduza 2019-cu il, 31 oktyabrda 17 yaşa qədər gənclər arasında keçiriləcək Dünya Çempionatında iştirak etməsi üçün vətəndaşlıq verilə biləcəyini yazıb.

Ancaq Qvineyanın Portuqaliyanın keçmiş müstəmləkəsi olması səbəbilə onun öz seçiminin İspaniya deyil, Portuqaliyadan yana ola biləcəyini yazan media quruluşları da var.

Qeyd edək ki, “Real Betis”lə keçirilən matçdan sonra Leonel Messi Ansu Fatiyə sürpriz edib və kameralar önündə onu qucaqlayıb. Həmin anları Messi özünün "instaqram” hesabında izləyiciləri üçün paylaşıb.



MANŞET / MARAQLI / KARUSEL / İDMAN / REDAKTOR SEÇİMİ
Tarix: 18-09-2019, 10:00