Anasından Ronaldoya dəstək

2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda Portuqaliya millisi Kolumbiya yığması ilə qolsuz heç-heçə edib. Bu nəticədən sonra bəzi azarkeşlər 41 yaşlı futbolçunun start heyətində yer almasını tənqid ediblər.
Xarici KİV xəbər verir ki, buna baxmayaraq, Dolores Aveiro oğlunun futbol tarixində qoyduğu izi xatırladaraq belə yazıb:
“Nəsillərdə iz buraxan bir hekayənin anası olmaq həyatın mənə verdiyi ən böyük hədiyyədir. Çətin qərarlar oldu, amma onlar zəruri idi. Sıfırdan başladıq və həmişəkindən daha güclü şəkildə irəliləməyə davam edirik… Sona qədər”.
Portuqaliya millisi K qrupunu 2-ci pillədə başa vurub və komanda iyulun 2-də, 1/16 final mərhələsində Xorvatiya yığması ilə qarşılaşacaq. Ronaldonun start heyətində meydana çıxacağı gözlənilir. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:39


























