mobil versiya

İnfantino özbəkləri dəstəkləyib



FİFA prezidenti Canni İnfantino Şimali Amerikada keçirilən 2026-cı il dünya çempionatında ilk oyununa çıxan Özbəkistan millisinin çıxışını dəyərləndirib.

FİFA rəhbəri sosial şəbəkə hesabında paylaşım edərək, Özbəkistan yığmasına dəstək mesajı ünvanlayıb:
“Dünya çempionatlarının hər birində yeni bir hekayə başlayır. Hazırda Özbəkistan öz hekayəsini yazır. Bu, komandaya inanan hər bir futbolçu, məşqçi və azarkeşin layiq olduğu zirvədir. Dünya çempionatındakı hər anın dadını çıxarın”.
Özbəkistan millisi mundialdakı ilk oyununda Kolumbiya yığmasına 1:3 hesabı ilə məğlub olub. Özbəklər qrup mərhələsinin 2-ci turunda Portuqaliya millisi ilə qarşılaşacaq.

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:09