Ronaldo dünya çempionatının hazırlığına başlayıb

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo 2026-cı il dünya çempionatına hazırlıq məqsədilə yığmanın düşərgəsinə qoşulub.
41 yaşlı forvard artıq millinin heyətində məşqlərə başlayıb. O, bir müddət əvvəl çıxış etdiyi “Əl-Nəsr”dən vətəninə qayıtdığını açıqlamışdı. Ronaldo 2025/26 mövsümündə komandasının heyətində ilk dəfə Səudiyyə Ərəbistanı çempionu olub.
“A Bola” xəbər verir ki, Portuqaliya millisinin toplanışına ümumilikdə 23 futbolçu cəlb edilib. Roberto Martinesin rəhbərlik etdiyi komanda ilk yoxlama görüşünü iyunun 6-da Çili millisinə qarşı keçirəcək.
Portuqaliya millisi 2026-cı il dünya çempionatında Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq.
Qarşıdakı mundial Ronaldo üçün karyerasında altıncı dünya çempionatı olacaq. O, bu göstərici üzrə dünya rekordunun sahibidir.
Bu ayın 11-də start götürəcək dünya çempionatı iyulun 19-na kimi davam edəcək. ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək turnirə 48 komanda qatılacaq. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:57


























