Kristiano Ronaldo: 2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatı indiyə qədər ən yaxşı olacaq
Superstar futbolçu Kristiano Ronaldo, 2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək FIFA kişilər arasında dünya çempionatının indiyə qədərki ən yaxşı dünya çempionatı olacağını deyib.
Reportyor.az xəbər verir ki, FİFA Səudiyyə Ərəbistanının kişilər arasında 2034-cü il dünya çempionatının ev sahibi olduğunu təsdiqləyərək, qonşu Qətər 2022-ci ildə keçirilən dünya çempionatından sonra turnirə ev sahibliyi edən ikinci Yaxın Şərq ölkəsi olub.
“Bu heyrətamizdir! İnfrastruktur, stadionlar, azarkeşlər üçün şərait var. Və gördüklərimdən sonra 2023-cü ilin ən yaxşı Dünya Kuboku olacağına daha çox əmin oldum. Bu gün birlikdə olacağım bu uşaqlardan bir və ya ikisi Dünya Kubokunda oynayacaq. İnanıram ki, onlar böyüməyə davam edəcəklər, xüsusən də qadınlar da çox yaxşı böyüyəcəklər. Biz hər şeydə birlikdə böyüməliyik. Təkcə futbolda deyil, həyatda və mən onları çox çalışmaq üçün motivasiya edəcəyəm, buna inanın”, - o, bunu Səudiyyə Ərəbistanının gənc futbolçuları ilə görüşündən əvvəl deyib.
KARUSEL / İDMAN
Tarix: 12-12-2024, 10:06