mobil versiya

FİFA Qadınlararası Dünya Çempionatının açılışından bir neçə saat əvvəl atışma



Yeni Zelandiyanın Oklend şəhərinin mərkəzində, FİFA Qadınlararası Dünya Çempionatının açılışından bir neçə saat əvvəl silahlı atışma olub.
Atışma nəticəsində 2 nəfər həlak olub, bir neçə şəxs, o cümlədən polis əməkdaşları yaralanıb. Atəş açan şəxs atışmadan qısa müddət sonra mərkəzi rayonda tikinti meydançasında ölü tapılıb.
Hücumun hansı səbəbdən baş verdiyi müəyyən edilməyib, polis təhlükəli şəxsi zərərsizləşdirib və ictimaiyyət üçün riskin olmadığı açıqlanıb.
Bütün FİFA personalının və futbol komandalarının təhlükəsizlikdə olduğu və çempionatın planlaşdırıldığı qaydada keçiriləcəyi bildirilir.
Xatırladaq ki, FİFA Qadınlararası Dünya Çempionatı 2023-cü ilin 20 iyul - 20 avqust tarixlərində keçiriləcək. Çempionata Avstraliya və Yeni Zelandiya ev sahibliyi edəcək.

KARUSEL / İDMAN
Tarix: 20-07-2023, 11:59