mobil versiya

2026-cı il dünya çempionatının şüarı - “Biz – 26”


FIFA-nın prezidenti Canni İnfantino 2026-c ildə keçiriləcək futbol üzrə dünya çempionatının şüarını açıqlayıb.
Mundial “Biz – 26” şüarı ilə keçiriləcək.
FIFA-nın prezidenti qeyd edib ki, dünya çempionatına 16 şəhər ev sahibliyi edəcək. Bu şəhərlər əyləncəli məkanları və qonaqpərvər insanları özündə cəmləşdirir. İnanırıq ki, 2026-cı il dünya çempionatının oyunları azarkeşlərə unudulmaz anlar bəxş edəcək.
Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada təşkil olunacaq.
Mundiallar tarixində ilk dəfə 48 milli komanda birincilik uğrunda mübarizə aparacaq. Əvvəllər dünya çempionatlarında 32 komanda çıxış edirdi. Hazırkı dünya çempionu Argentina millisidir.

KARUSEL / İDMAN
Tarix: 19-05-2023, 12:50