mobil versiya

"Argentinanın yenidən dünya çempionu olmasının vaxtı idi" - Səfir



Argentinanın futbol üzrə milli komandası Qətərdə keçirilən dünya çempionatında həqiqətən də emosional oyun sərgilədi.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Argentinanın ölkəmizdəki səfiri Marianxeles Belluşi söyləyib.
“Mən Argentina yığmasının futbol üzrə dünya çempionatında qalib olmasını ilk dəfə izlədim. Bizim dünya çempionu olmağımızdan 36 il keçmişdi. Argentinanın futbol üzrə yenidən dünya çempionu olmasının vaxtı idi. Bu möhtəşəm qələbəyə görə, biz çox xoşbəxtik”, - deyə diplomat qeyd edib.

KARUSEL / İDMAN
Tarix: 19-12-2022, 15:39