mobil versiya

FIFA-nın DÇ-2022-dən əldə etdiyi gəlir açıqlanıb



 Bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino mətbuat konfransında açıqlama verib.
O bildirib ki, cari mundialdan qazanılan vəsait 10,5 milyard dollar təşkil edib: "Bu isə 4 il əvvəl Rusiyada təşkil olunmuş dünya çempionatındakı gəlirdən 1 milyard dollar çoxdur".
Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq. Dekabrın 17-də isə Xorvatiya və Mərakeş seçmələri 3-cü yer uğrunda matçda üz-üzə gələcəklər.


KARUSEL / İDMAN
Tarix: 16-12-2022, 21:07