Bakıda 20-dək ölkədən budoçular mübarizə aparacaq
Bu ilin mayında Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş budo döyüş növləri üzrə dünya kuboku yarışları keçiriləcək. Yarışda 20-dək ölkədən idmançılar iştirak edəcəklər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyev deyib.
Cari ildə budo döyüşçülərimizi ciddi sınaqların gözlədiyini bildirən F.Rəfiyev qeyd edib ki, apreldə milli komandamız Moldovada Avropa çempionatında mübarizə aparacaq. Dünya çempionatına isə iyulda Monteneqro ev sahibliyi edəcək. İdmançılarımızın dünya çempionatında da iştirakı nəzərdə tutulub. Yığmamızın sentyabrda İtaliyanın Çerviya şəhərində təşkil olunacaq Dünya İdman Oyunlarında da mübarizə aparması planlaşdırılır.
KARUSEL / İDMAN
Tarix: 8-02-2023, 16:20