mobil versiya

Messi 2026-cı il dünya çempionatında oynamayacağını təsdiqləyib



Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq fikrində olmadığını təsdiqləyib.
Bu barədə Argentina mətbuatı məlumat yayıb.
Futbolçu bildirib ki, növbəti dünya çempionatında oynayacağımı düşünmürəm. Bu barədə fikrim dəyişməyib. Çempionata baxmaq istəyirəm, amma oynamağa hazırlaşmıram. Dünya çempionatında qalib gəldikdən sonra karyeramdan və onun gedişatından razıyam. Bu, mənim üçün çox vacibdir.
2026-cı ildə futbol üzrə dünya çempionatına ABŞ, Kanada və Meksika birlikdə ev sahibliyi edəcək.
ABŞ-ın “İnter Mayami” klubuna keçən Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin heyətində qalib olub.

KARUSEL / İDMAN
Tarix: 13-06-2023, 18:21