mobil versiya

Marselo Ronaldonun az diqqət çəkən xüsusiyyətlərindən danışıb




“Real”ın sabiq futbolçusu Marselo, keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun az diqqət çəkən xüsusiyyətlərindən bəhs edib.

Xarici KİV xəbər verir ki, braziliyalı sabiq müdafiəçi, portuqaliyalı hücumçunun ən böyük keyfiyyətlərinin təkcə qol vurmaq və peşəkarlıq deyil, həm də güclü liderlik və futbol zəkası olduğunu bildirib:
“Ronaldo matçlardan əvvəl komanda yoldaşlarına taktiki göstərişlər verir, oyunu idarə etməyə çalışırdı. Bu cəhət azarkeşlər tərəfindən çox vaxt görünmür”.
Ronaldo 2009-2018-ci illərdə “Real”ın heyətində çıxış edib. O hazırda karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirir.


Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: 13-04-2026, 16:14