Bekhem Ronaldo haqda açıqlama verib

“İnter Mayami”nin sahibi Devid Bekhem “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo haqqında fikirlərini açıqlayıb.
İngiltərə millisinin sabiq futbolçusu bunu söyləyib:
“Ronaldonun “Real”dakı dövrü inanılmaz idi. O, oynadığı hər komandada – Portuqaliya millisində, “Mançester Yunayted”, “Real”, “Yuventus” və “Əl-Nəsr”də bir miras qoyub. Müstəsna bir karyerası var”.
Son zamanlar Bekhemin Səudiyyə Ərəbistanından ayrılmağı düşünən forvardla müqavilə bağlamaq niyyəti ilə bağlı xəbərlər yayılıb, lakin hələlik təsdiq olunmayıb. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.(Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:05


























