"Hamımızın Səudiyyə Ərəbistanında olması Ronaldoya bağlıdır” – “Əl-Əhli” rəsmisi
"Əl-Əhli”nin idman direktoru Rui Pedro “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo haqda danışıb.Portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Riyad” və “Əl-İttihad”la oyunları, Asiya Çempionlar Liqasında isə “Arkadaq”la matçı buraxıb. Ronaldonun, Səudiyyə Ərəbistanı Suveren Sərvət Fondunun rəqibləri ilə müqayisədə “Əl-Nəsr”i idarə etmə tərzindən narazı olduğu bildirilir.
“Sky Sports” xəbər verir ki, “Əl-Əhli”nin idman direktoru, avropalıların məhz Ronaldoya görə Səuidiyyə Ərəbistanına üz tutduğunu deyib:
“Portuqaliyalı olaraq, Kriştiano Ronaldoya və Səudiyyə Ərəbistanındakı bütün portuqaliyalı peşəkarlara son dərəcə hörmət edirəm. Onun öz fikrini necə çatdırmaq istədiyi barədə fərziyyə irəli sürmək mənim işim deyil. Əminəm ki, onun öz səbəbləri var. Deyə bilərəm ki, hamımızın burada olması, hamımızın Səudiyyə Ərəbistanında işləməsi əsasən Kriştiano Ronaldoya bağlıdır. O, Səudiyyə Ərəbistanının qapılarını dünyanın qalan hissəsinə açdı. Ronaldo qol vurmağa davam edir və qollarının sayını inanılmaz rəqəmlərə çatdırır”. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 17-02-2026, 13:18



























