Messi: “Ronaldo ilə dost deyilik”

“İnter Mayami”nin hücumçusu Lionel Messi Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.
Reportyor.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, portuqaliyalı hücumçu ilə münasibətləri barədə belə deyib:
“Ronaldoya və onun keçmiş, həm də hazırda davam edən karyerasına böyük hörmət və heyranlıq duyuram. O, hələ də ən yüksək səviyyədə mübarizə aparır. Bizim rəqabətimiz meydanda idi… Hər birimiz komandamız üçün ən yaxşısını etmək istəyirdik. Hər şey meydanda qalırdı. Meydandan kənarda biz sadəcə iki adi insanıq. Dost deyilik, çünki birlikdə vaxt keçirmirik, amma hər zaman bir-birimizə böyük hörmətlə yanaşmışıq”.
Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.
KARUSEL / İDMAN
Tarix: 20-06-2025, 16:32