Ronaldo Səudiyyə Ərəbistanını təcili tərk edib
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ailəsi ilə birlikdə xüsusi təyyarə ilə Səudiyyə Ərəbistanından təcili olaraq çıxıb.Bu barədə “The Sun” məlumat yayıb.
Ronaldonun təyyarəsi “flightradar” üzərindən izlənilib. Təyyarə Madriddə eniş edib.
O, nişanlısı Corcina Rodriges və beş uşağı ilə birlikdə Ər-Riyadda yaşayırdı. Şəhər ötən həftə İran tərəfindən dron hücumlarına məruz qalıb, bu isə Yaxın Şərqdə gərgin geosiyasi vəziyyətlə əlaqələndirilir. Ronaldonun ölkədən çıxışına hücumların davam etməsi səbəb ola bilər.
Portuqaliyalı futbolçu cari mövsümdə “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 22 oyunda iştirak edib, 20 qol vurub.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 3-03-2026, 16:05



























