mobil versiya

Səudiyyə Ərəbistanından heç bir nümayəndə BƏƏ-Netanyahu görüşündə iştirak etməyib: Mənbə





Səudiyyə Ərəbistanından bir mənbə bildirib ki, Səudiyyə Ərəbistanı BƏƏ prezidenti ilə İsrail baş naziri arasında keçirilən görüşə nümayəndə göndərməyib.

İsrail mediası iddia edir ki, Səudiyyə nümayəndələri bu həftənin əvvəlində Əbu-Dabidə baş tutan Şeyx Məhəmməd bin Zayed və Benyamin Netanyahu arasında keçirilən görüşdə iştirak ediblər.

Səudiyyə mənbəsi "Əl-Ərəbiyyə"yə bildirib ki, bu xəbərlər doğru deyil.

Emirates Xəbər Agentliyi və Netanyahunun ofisi BƏƏ prezidenti ilə İsrail baş nazirinin ikitərəfli münasibətləri və onları gücləndirməyin yollarını müzakirə etmək üçün bir araya gəldiyini təsdiqləyən bir açıqlama yayıb.

Reuters İsrail rəsmilərinə istinadən bildirib ki, görüş təxminən altı saat davam edib və İrana yönəlib.


Reportyor.az 





KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:46