BƏƏ Prezidenti Netanyahunu və Hakan Fidanı qəbul edib, ikitərəfli münasibətlər müzakirə olunub

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan BƏƏ-yə səfər edən İsrail Baş naziri Benyamin Netanyahunu qəbul edib.
WAM-ın məlumatına görə, görüş zamanı tərəflər BƏƏ ilə İsrail arasında ikitərəfli münasibətləri və onları gücləndirmək və inkişaf etdirmək yollarını müzakirə ediblər.

BƏƏ Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ötən gün həmçinin, Türkiyə Xarici İşlər naziri Hakan Fidanı qəbul edib.
Görüş zamanı Əlahəzrət və Türkiyənin xarici işlər naziri iki ölkə arasında əməkdaşlıq sahələrini və qarşılıqlı maraqlara xidmət edəcək şəkildə ikitərəfli əlaqələrin daha da gücləndirilməsi yollarını müzakirə ediblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlərə, xüsusilə Yaxın Şərqdəki proseslərə və regionda təhlükəsizliyin, sabitliyin və davamlı sülhün təmin edilməsi istiqamətindəki səylərə toxunulub.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:42


























