mobil versiya

Tramp BƏƏ milli təhlükəsizlik müşaviri ilə strateji tərəfdaşlıq perspektivlərini müzakirə edib




BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Təhnun bin Zayed Əl-Nəhyan Ağ Evdə yüksək rütbəli ABŞ rəsmilərinin iştirakı ilə ABŞ prezidenti Donald Trampla görüşüb.

Reportyor.az xəbər verir ki, bu barədə rəsmi WAM xəbər agentliyi bildirib.

“Şeyx Təhnun bin Zayed və ABŞ prezidenti BƏƏ və ABŞ arasında uzunmüddətli strateji tərəfdaşlığı gücləndirmək imkanlarını müzakirə edib və onların ortaq maraqlarına xidmət etmək üçün onu genişləndirmək yollarını araşdırıblar”.

Şeyx Tahnun ABŞ-da rəsmi səfərdədir və burada ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri və biznes liderləri ilə görüşəcək.

Trampla görüşü zamanı Tahnoon BƏƏ-nin tərəfdaşlıqları genişləndirməklə ABŞ ilə iqtisadi əlaqələri gücləndirməyə sadiq olduğunu təsdiqləyib.

Şeyx Tahnun ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals ilə də görüşüb və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yollarını və qarşılıqlı maraq doğuran məsələlərdə son hadisələri müzakirə edib.
KARUSEL / DÜNYA
Tarix: 19-03-2025, 14:36