BƏƏ bu ölkəyə 2 milyard kredit verməyə razılaşıb
Birləşmiş Ərəb Əmirlikləri Pakistana 2 milyard ABŞ dolları məbləğində mövcud krediti köçürməyə və 1 milyard ABŞ dolları əlavə kredit verəcək.
"Reuters" xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif bu ölkəyə səfəri çərçivəsində BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb və sonuncu adı çəkilən məbləği vermək barədə razılığa gəlib.
Hər iki ölkə rəhbəri Pakistan və BƏƏ arasında mövcud olan qardaşlıq münasibətlərini müzakirə edib və xüsusilə ticarət, investisiya və enerji sahələrində bu əlaqələrin daha da gücləndirilməsinin yollarını və vasitələrini araşdırıb.
KARUSEL / DÜNYA
Tarix: 12-01-2023, 15:46