BƏƏ prezidenti: "Qəzzanın yenidən qurulması planı iki dövlətli həlli ehtiva etməlidir"

"Qəzzanın yenidən qurulması planı iki dövlətli həll yoluna əsaslanan hərtərəfli və davamlı sülhə aparan yol ilə əlaqələndirilməlidir".
Reportyor.az xəbər verir ki, bunu BƏƏ prezidenti Şeyx Mohamed bin Zayed Al Nahyan bu gün ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə deyib.
ABŞ-ın baş diplomatı Rubio Ər-Riyadda Rusiya rəsmiləri ilə sıçrayışlı danışıqlardan sonra ilk Yaxın Şərq turunun son mərhələsi üçün çərşənbə günü səhər Əbu-Dabiyə gəlib.
Emirates News Agency (WAM) xəbər verir ki, görüş zamanı Şeyx Məhəmməd BƏƏ-nin qəti mövqeyini təsdiqləyərək Fələstin xalqını öz torpaqlarından didərgin salmaq cəhdlərini rədd edib.
ABŞ prezidenti Donald Tramp fələstinlilərin Misir və İordaniyaya zorla köçürülməsi planını təklif etdiyi üçün tənqid atəşinə tutulub.
BƏƏ prezidenti həmçinin Rubio ilə iki ölkə arasında əməkdaşlığı, eləcə də onların birgə maraqları naminə müxtəlif sahələrdə əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə edib.
KARUSEL / DÜNYA
Tarix: 19-02-2025, 14:42