mobil versiya

Azərbaycan səfiri etimadnaməsini Qətər Əmirinə təqdim edib



Azərbaycan Respublikasının Qətər Dövlətinə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov yanvarın 27-də etimadnaməsini Əmir Şeyx Təmim bin Həməd Al Taniyə təqdim edib.

Reportyor.az xəbər verir ki, bu barədə Qətər mediasına istinadla xəbər verir.

Şeyx Təmim bin Həməd Al Tani səfir təyin olunması ilə əlaqədar Adış Məmmədovu təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Əmir, həmçinin Qətər Dövləti ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsini və yüksəlməsini arzulayıb.
Səfir A.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Qətər Əmirinə çatdırıb.
Şeyx Təmim bin Həməd Al Tani onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
KARUSEL / SİYASƏT
Tarix: 28-01-2025, 14:07