mobil versiya

İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini və Ho Şi Minin məqbərəsini ziyarət edib



Prezident İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində “İnqilab şəhidləri” abidəsini ziyarət edib.

Abidənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.


Azərbaycanın dövlət başçısı İlham Əliyev həmçinin, Hanoyda Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib.


Məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyub.


Reportyor.az 




KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 08:36