Tramp İrandakı gərginliyin artmasına və fond bazarlarındakı enişə görə Demokratları günahlandırıb

ABŞ Prezidenti Donald Tramp, İranın hücumlarının son dövrdə artmasını və fond bazarlarındakı enişi Demokratların üzərinə yıxaraq, hər iki hadisəni onların 3 noyabr aralıq seçkilərindəki nəticələri ilə əlaqələndirib.
Tramp "Truth Social" platformasında yazıb: "3 noyabr aralıq seçkiləri ilə bağlı iki şeyi proqnozlaşdırmışdım. Birincisi, Demokratlar qalib gələrsə, fond bazarları ciddi şəkildə aşağı düşəcəkdi – ki, elə də oldu; ikincisi, İran İslam Respublikası... hücumlarında daha aqressivləşəcəkdi – bu da baş verdi".
O, İranın son bir həftə ərzində, son bir ildən artıq müddətdə müşahidə olunmayan sayda pilotsuz uçuş aparatı (PUA) və raket atdığını iddia edib, lakin hücumların "heç bir ziyan" vurmadığını bildirib.
Tramp əlavə edib ki, İran liderləri Demokratları "zəif, səmərəsiz və ölkəni məhv edən" qüvvə kimi görürlər, lakin o, buna imkan verməyəcəyinə söz verib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:38


























