mobil versiya

Donald Tramp: Hər şey yaxşıdır



ABŞ prezidenti Donald Tramp İranın raket hücumuna “Twitter” hesabında münasibət bildirib. 

Ağ Ev rəhbəri tvitində hər şeyin qaydasında olduğunu yazıb. 

"Hər şey yaxşıdır! İrandan İraqdakı iki hərbi bazaya raketlər buraxılıb. Zərərçəkənlər varmı, ziyanın miqdarı - indi onun qiymətləndirilməsi gedir. Sabah səhər açıqlama verəcəyəm",-deyə Donald Tramp qeyd edib. 

Qeyd edək ki, dünən gecə İran Silahlı Qüvvələri ABŞ-ın İraqdakı aviabazalarına 35 raket zərbəsi endirib.


KARUSEL / DÜNYA
Tarix: 8-01-2020, 11:40