mobil versiya

Tramp Zəriflə görüşdən imtina etdi


ABŞ Prezidenti Donald Tramp G7 sammitində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşməkdən imtina edib.
Axar.az xəbər verir ki, Tramp bunu “Röyter”ə açıqlamasında deyib. O, Zəriflə görüş haqda danışmağın hələ çox tez olduğunu bildirib.
Tramp, həmçinin, Zərifin G7-yə gəlmək məsələsinə razılıq verməsi üçün ondan Fransa Prezidenti Emmanuel Makronun xahiş etdiyini deyib.
ABŞ lideri İranı güclü dövlət kimi görmək istədiyini və burada hakimiyyət dəyişikliyi əldə etməyə çalışmadığını vurğulayıb.

 #tramp #sammit #america
SİYASƏT / DÜNYA
Tarix: 26-08-2019, 13:27