mobil versiya

Azərbaycanın 2 boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb






Azərbaycanın iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.

Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bilalhəbaşi Nəzərov (50 kq) David Zaxari (İsrail) ilə üz-üzə gəlib. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Nəzərov finalda Tevfik Akkasla (Türkiyə) gücünü yoxlayacaq.
Nicat Alırzayev (70 kq) Cemal Cemmalı (Fransa) məğlub edib – 4:1 (29:28, 30:27, 30:27, 28:29, 29:28). O, qızıl medal döyüşündə Zviad Tçotçua (Gürcüstan) ilə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçularımızdan Zidan Hünbətovla (55 kq) Məhəmmədəli Aşırəliyev (60 kq) Avropa çempionatını bürünc medalla başa vurublar.
Final döyüşləri noyabrın 24-də olacaq. (Komanda.az)

Reportyor.az 





KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:20