mobil versiya

Boksçumuz beynəlxalq turnirdə 1/4 finala yüksəlib



Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində 1/4 finala vəsiqə qazanıb.

Milli üzvü bu hüquqa gürcüstanlı Laşa Qaqnidzeni məğlub etməklə yiyələnib.
Həsənov 1/8 finalda rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Yertuqan Zeynulinovla (Qazaxıstan) qarşılaşacaq.
Daha öncə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) də 1/4 finala yüksəlib.


Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: 27-02-2026, 16:03