Azərbaycan boksçusu Dünya kubokunu qazanıb
Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.
Azərbaycan milli komandası yarışı 2 medalla başa vurub.
Yığmamızın heyətində Zidan Hümbətov Dünya kubokuna yiyələnib. 51 kq-da mübarizə aparan boksçumuz finalda rusiyalı Arseniy Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb.
Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kq) isə finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Yığma üzvü 2:3 (29:28, 30:27, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub olduğundan gümüş medala sahib olub.
Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.
KARUSEL / İDMAN
Tarix: 11-03-2024, 14:20