mobil versiya

Azərbaycan boksçusu Avropa Oyunlarını bürünc medalla başa vurub



Murad Allahverdiyev Avropa Oyunlarında bürünc medal qazanıb.
Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb. “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən idmançımız finala gedən yolda Qabriyel Veoçiçi (Xorvatiya) üz-üzə gəlib.
Ardıcıl olaraq Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran M.Allahverdiyev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəldiyindən boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurub.
KARUSEL / İDMAN
Tarix: 30-06-2023, 18:30