Azərbaycan üzgüçüləri Macarıstandakı beynəlxalq turnirdə 32 medal qazanıblar
Azərbaycan üzgüçüləri Macarıstanın Şopron şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə 32 medal qazanıblar.
İdmançılarımız 14 qızıl, 8 gümüş, 10 bürünc medal əldə ediblər.
Almaniya, Fransa, Macarıstan, Slovakiya və Xorvatiya kimi komandaların mübarizə apardığı yarışda 18 üzgüçüdən ibarət yığmanın heyətində Məryəm Cavadova üç çempionluq, bir ikincilik qazanıb.
Həmçinin, Oqtay Hüseynov 2 qızıl, 1 gümüş, 1 bürünc, Amin Orujli 1 qızıl, Fərhad Şirməmmədli 1 qızıl, 2 gümüş, 1 bürünc, Xumar Mustafayeva 1 qızıl, 1 bürünc, Daniyal Muhəmməd 2 qızıl, Anastasiya Boborkina 1 qızıl, 1 bürünc, Əbdürrəhman Rüstəmov 2 qızıl, 2 gümüş, 1 bürünc, Timur Beker 1 qızıl, 1 bürünc, Mehri Abdürrəhmanlı 1 gümüş, Vlastina Xasyanova 1 gümüş, 1 bürünc, Orxan Əliyev, Sura Katerina, Ramal Sadıqlı isə 1 bürünc medal əldə ediblər.
KARUSEL / İDMAN
Tarix: 17-04-2023, 17:06