mobil versiya

ANP lideri Əfqanıstan-Pakistan ticarət yollarının yenidən açılmasına çağırır





Pakistanın Avami Milli Partiyasının (ANP) yüksək vəzifəli liderlərindən biri Aimal Vəli Xan Əfqanıstanla Pakistan arasındakı ticarət və gediş-gəliş məntəqələrinin dərhal yenidən açılmasına çağırıb. O xəbərdarlıq edib ki, bu keçidlərin bağlı qalması Dürand xəttinin hər iki tərəfində yaşayan icmalar üçün ciddi iqtisadi çətinliklər yaradır.

Bu barədə Əfqanıstan mediası xəbər verir. 

Bəlucistanın Çaman şəhərində partiya tərəfindən təşkil olunmuş ictimai toplantıda çıxış edən Xan bildirib ki, keçidlərin bağlanması tacirlərə və sərhəd bölgələrində yaşayan sakinlərin dolanışığına ağır zərbə vurub.

O, Çaman, Bəcavr, Möhmənd, Vəziristan və Çitral da daxil olmaqla, puştunların yaşadığı əraziləri birləşdirən yolların yenidən açılmasını tələb edərək vurğulayıb ki, insanların iqtisadi imkanları siyasi mübahisələrin girovuna çevrilməməlidir.

Sərhəd bölgələrində yaşayan insanların ticarət etmək və səyahət etmək hüququ olduğunu qeyd edən Xan, Pakistan hakimiyyətini sərhədyanı gediş-gəlişi bərpa etmək üçün praktiki addımlar atmağa çağırıb.

O, keçidlərin uzun müddət bağlı qalmasının yerli əhali üçün iqtisadi çətinlikləri daha da dərinləşdirdiyini xatırladaraq, Dürand xəttinin hər iki tərəfindəki icmaların maraqlarını və dolanışığını nəzərə alan bir həll yolu tapılmasının vacibliyini vurğulayıb.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:45