mobil versiya

Əfqanıstan-Pakistan sərhədində qarşıdurmada ölənlər olub



Əfqanıstan-Pakistan sərhədində Spin-Boldak-Çaman keçid məntəqəsi yaxınlığında açılan atəş nəticəsində azı 6 nəfər ölüb, 17 nəfər isə yaralanıb.
Pakistan Xidmətlərarası İctimai Əlaqələr Xidməti (ISPR) bu barədə məlumat yayıb.
“Dekabrın 11-də Əfqanıstan Sərhəd Qüvvələri Bəlucistan əyalətinin Çaman şəhərində dinc əhaliyə qarşı ağır silahlardan, o cümlədən artilleriya və minaatanlardan istifadə edərək atəş açıb, nəticədə 6 mülki şəxs həlak olub, 17 nəfər yaralanıb”, - məlumatda bildirilib.
Nazirlik qeyd edib ki, Pakistan Sərhəd Qoşunları qarşı tərəfin bu “aqressiyasına layiqincə cavab verib”.
Bu arada Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanla sərhəddəki gərginliklə bağlı dünya ictimaiyyətinə müraciət edib.
O, tviter hesabında yazıb ki, Əfqanıstanın müvəqqəti hökuməti belə hadisələrin təkrarlanmamasını təmin etməlidir: “Əfqanıstan Sərhəd Qüvvələrinin Şamanda səbəbsiz yerə atəşkəsi pozması və nəticədə bir neçə Pakistan vətəndaşının ölməsi və yaralanması təəssüf doğurur. Bu, ən sərt qınaqlara layiqdir”.



DÜNYA
Tarix: 12-12-2022, 10:41