mobil versiya

Azərbaycan və Pakistan Xarici İşlər nazirləri arasında telefon danışığı olub


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureşi arasında telefon danışığı olub. APA-nın xəbərinə görə, bu barədə Pakistan hökumətinin rəsmi “Twitter” səhifəsində məlumat verilib.
Nazirlər Cammu və Kəşmirdəki vəziyyəti müzakirə ediblər. Pakistan Xarici İşlər naziri son vəziyyətlə bağlı azərbaycanlı həmkarını məlumatlandırıb.

Zümrüd Paşkin





SİYASƏT / DÜNYA / ÖLKƏ
Tarix: 29-08-2019, 13:13