mobil versiya

Səbail və Yasamal rayonlarının bəzi ərazilərində su təchizatında fasilə yaranacaq



Sabah - noyabrın 25-də magistral su xəttinin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin aparılması ilə əlaqədar Səbail və Yasamal rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.

“İri Şəhərlərin Su Təchizatı” QSC-dən bildirilib ki, suyun əvvəlki rejimlə verilməsi noyabrın 26-da səhər saatlarında bərpa olunacaq.

Reportyor.az 
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:00