mobil versiya

Meksika Prezidentinin iqtisadi inkişafla bağlı bəyanat və mesajları




2026-cı ildə Çinin Şençjen şəhərində keçirilən APEC CEO Summit çərçivəsində Meksika Prezidenti  Klaudiya Şeynbaum Pardo Sakit okean hövzəsinin aparıcı biznes liderləri qarşısında gələcəyə dair baxışını təqdim edərək iqtisadi artımın bütün iqtisadiyyatların güclənməsinə töhfə verməli olduğunu vurğulayıb. 

Dövlət başçısının çıxışında aşağıdakı əsas məqamlar xüsusi qeyd olunub: 

Meksika gələcəyini suverenlik, sosial ədalət və dünyaya açıqlıq prinsipləri əsasında qurur, bir ölkənin inkişafının digər ölkə üçün durğunluq demək deyil, əksinə ortaq rifah əldə etmək üçün əməkdaşlıq tələb etdiyi qənaətinə əsaslanır. 
Meksika Planı iqtisadiyyatın insanların rifahına xidmət etdiyi humanist inkişaf modelini təşviq edir. Plan çərçivəsində 2030-cu ilədək infrastruktur sahəsinə dövlət, özəl və qarışıq mənbələr hesabına 432 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması nəzərdə tutulur. Məqsəd investisiyaların sosial hüquqların genişlənməsinə və həyat şəraitinin yaxşılaşmasına xidmət etməsidir. 

Meksika Planı beş əsas prinsipə söykənir: Ümumi Rifah; enerji və ərzaq suverenliyi; infrastruktura investisiyalar; Özəl investisiyaların Rifah naminə İqtisadi İnkişaf Mərkəzləri vasitəsilə təşviqi (bu təşəbbüslər Meksikanın birbaşa xarici investisiyaların həcminə görə dünyada beşinci iqtisadiyyat mövqeyinə yüksəlməsinə töhfə vermişdir); iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində ekoloji məsuliyyət. 

Meksika öz tarixinə və təcrübəsinə əsaslanan, ölkəyə xas uzunmüddətli inkişaf modeli çərçivəsində investorlar üçün sabitlik, əlverişli investisiya mühiti və aydın perspektivlər təklif edir. 

Ümumi Rifah siyasətinin nəticələri – son səkkiz il ərzində real əməkhaqlarının 154% artması, 42 milyon insanı əhatə edən Rifah Proqramları və 17 milyondan çox insanın yoxsulluqdan çıxması – sübut edir ki, ailələrin rifahının yüksəldilməsi iqtisadiyyatın, istehlakın, investisiyaların və dayanıqlı inkişafın güclənməsinə xidmət edir. 


Reportyor.az 

 
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:04