BƏƏ və Azərbaycan arasında qarşılıqlı investisiya münasibətləri müzakirə olunub
Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi “Invest in UAE” adlı virtual tədbir keçirilib.
Səfirlikdən verilən tədbir BƏƏ və Azərbaycan arasında qarşılıqlı investisiya münasibətləri mövzusuna həsr olunub.
Səfir Mohammed Al Blooshi açılış nitqi ilə çıxış edərək, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikasının rəhbərlərinin möhkəm iradəsi sayəsində iki ölkə arasında ikitərəfli münasibətlər strateji səviyyəyə çatdığını vurğulayıb İnvestisiya məkanı kimi BƏƏ haqqında danışan diplomat deyib ki, yarandığı 1971-ci ildən etibarən, BƏƏ özünü Ərəb dünyasının iqtisadi paytaxtı kimi təsis edib: "Həm regional, həm də qlobal olaraq BƏƏ regionda investisiya və ticari fəaliyyətin qəlbi hesab olunur. BƏƏ hökuməti 10 ən böyük qlobal investisiya məkanı olmağa niyyətlidir”.
Səfir Mohammed Al Blooshi, həmçinin InvestEmirates.ae platformunu təqdim edərək və Azərbaycandan olan investorları BƏƏ-də mövcud biznes fürsətlərindən faydalanmağa dəvət edib.
Tədbirdə həmçinin, BƏƏ Xarici İşlər Nazirliyinin, BƏƏ İqtisadiyyat Nazirliyinin, Əbu Dabi İnvestisiya İdarəsinin və Dubay Ticarət palatasının nümayəndələri çıxış eədərk BƏƏ-də investisiya mühiti, investisiya imkanları, Azərbaycanla ikitərəfli iqtisadi əlaqələri genişləndirmək üçün yeni sektorlar barədə mühüm məlumatlar verib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-07-2024, 11:38