Bakıda INVEST in DUBAI biznes tədbiri baş tutub
Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi Dubay Ticarət Palatasının Bakı ofisi ilə əməkdaşlıq çərçivəsində INVEST in DUBAI biznes tədbiri keçirib.
Tədbirdə BƏƏ-in Azərbaycandakı səfiri Mohammed Al Bluşi ölkəsinin nailiyyətləri barədə məlumat verib və Azərbaycandan olan iş adamlarını BƏƏ-in hər bir yeddi əmirliyindəki investisiya fürsətlərindən faydalanmağa dəvət edib.
İnvestemirates.ae portal barədə danışan səfir, BƏƏ-in beynəlxalq ticarətdəki rolunu qeyd edərək, bildirib ki, BƏƏ-də 10 mülki hava limanı, 105 karqo şirkəti, 12 kommersiya limanı fəaliyyət göstərir.
Səfir həmçinin, BƏƏ Mərkəzi Bankı və İslam bank xidmətləri barədə də ətraflı məlumat verib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-12-2022, 15:50