mobil versiya

BƏƏ Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq edir




Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq ildən-ilə genişlənir. Dostluq əlaqələri müxtəlif sahələri, o cümlədən BƏƏ Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti kimi qurumlar arasında əməkdaşlığı əhatə edir.

Bu ölkənin Azərbaycandakı Səfirliyindən Reportyor.az saytına daxil olan məlumatda bildirilir ki, fevral ayında BƏƏ Qızıl Aypara Cəmiyyəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında əməkdaşlıq çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı Səfirliyi Azərbaycanın müxtəlif şəhər və rayonlarında sosial layihə həyata keçirib.

Layihə çərçivəsində BƏƏ Qızıl Aypara Cəmiyyətinin hədiyyəsi olaraq böyüklər və uşaqlar da daxil olmaqla 600-dən çox ailəyə qış geyimləri paylanılıb. Bu layihə BƏƏ və Azərbaycan xalqları arasında humanitar və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 27-02-2024, 12:24