Ceyhun Bayramov belaruslu həmkarını qəbul edib
Azərbaycanın Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik arasında görüş olub.
Görüş zamanı iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə həmçinin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi təşəbbüsləri, münaqişədən sonrakı regional vəziyyət, o cümlədən COP29 Azərbaycanın sədrliyi ətrafında fikir mübadiləsi aparılıb.
KARUSEL / SİYASƏT
Tarix: 15-05-2024, 13:48