mobil versiya

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər - VİDEO




Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.


REPORTYOR.AZ xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad etdilər.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.




MANŞET / SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 20-01-2022, 11:00