mobil versiya

Avropa İttifaqının səfirləri Şəhidlər xiyabanını ziyarət edib



Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin Azərbaycandakı səfirləri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqələr Şəhidlər xiyabanını ziyarət ediblər.

Avropalı diplomatlar şəhidlərin xatirəsini ehtiramla anıb, məzarları önünə güllər düzüblər.
Ziyarətdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Almaniya səfiri Ralf Horlemann, İsveç səfiri Tobias Lorentzson, Slovakiya səfiri Milan Layçak, İtaliya səfiri Klaudio Taffurin və başqa diplomatlar iştirak ediblər.
Eyni zamanda, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old da Şəhidlər xiyabanını ziyarət edib.(Report)



KARUSEL / SİYASƏT
Tarix: 19-01-2023, 13:52