mobil versiya

ABŞ Azərbaycana yeni səfir təyin edib



ABŞ Senatı Mark Libbinin Azərbaycan Respublikasında səfir vəzifəsinə namizədliyini təsdiqləyib.
Bu barədə Senatın Mətbuat Qaleriyasında xəbər verilib.
Məlumata əsasən, Mark Libbinin namizədliyi səsvermə yolu ilə təsdiqlənib.
Qeyd edək ki, mayın 25-də ABŞ prezidenti Co Bayden Azərbaycana yeni səfirinin namizədliyini irəli sürüb.
O, 2021-ci ilin iyununadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini kimi çalışıb.
KARUSEL / SİYASƏT
Tarix: 9-11-2023, 08:38