mobil versiya

Bayden yenidən Mark Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini irəli sürüb



Prezident Bayden yarım ildən çoxdur səfir təyin edilməsi təxirə salınan diplomat Mark Libbinin Azərbaycanda səfir təyin edilməsində israr edir, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Bayden çərşənbə axşamı, Konqresin yeni sessiyası başladığı gün yenidən Libbinin namizədliyini irəli sürüb. O, Konqresin son sessiyasında namizədliyi təsdiq edilməyən 175 namizəddən Ağ Ev tərəfindən təkrarən təqdim edilən 85 namizəddən biri idi.
Hazırda Vaşinqtonda Milli Hərbi Kollecdə fakultə müşaviri olan Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyi 25 may 2022-ci il tarixində irəli sürülüb. Amma indiyədək o, Senatın erməni lobbiçi Bob Menendesin rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində dinləmələrə dəvət edilməyib.
Libbi ABŞ-ın Avropa İttifaqındakı səfirinin müavini vəzifəsində, habelə Varşava, Nikosie və Bağdadda diplomatik missiyalarda siyasi məsələlər üzrə müşavir vəzifəsində işləyib.
Libbi Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinin direktor müavini, Mərkəzi Avropa üzrə İdarənin direktor müavini, Cənubi Avropa üzrə İdarənin direktoru vəzifələrində işləyib.

KARUSEL / SİYASƏT
Tarix: 4-01-2023, 14:03