Amerikalıların əksəriyyəti Bayden və Trampın yenidən prezident seçilməsinə qarşıdır
Amerikalı seçicilərin yarıdan çoxu ABŞ prezidenti Co Baydenin və keçmiş dövlət başçısı Donald Trampın 2024-cü ildə növbəti müddətə namizədliyini irəli sürməsini istəmir.
Bu barədə “Yahoo!”nun “YouGov” tədqiqat təşkilatı ilə birgə keçirdiyi sosioloji sorğunun nəticələrində qeyd olunub.
Nəşr edilmiş araşdırmaya görə, respondentlərin 57%-i “Bayden yenidən namizədliyini irəli sürməlidirmi” sualına mənfi cavab verib.
Maraqlıdır ki, eyni faiz (57%) amerikalı Trampın da növbəti prezidentlik yarışında iştirak etməyini arzulamır.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
Mənbə: MK
SİYASƏT / DÜNYA
Tarix: 30-10-2022, 14:14